Rusiya Müdafiə Nazirliyi Suriyanın Türkiyə ilə həmsərhəd yaşayış məntəqələrinin bu ölkə tərəfindən artilleriya atəşinə məruz qalmasına dair təkzibedilməz dəlillərə malikdir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.
Konaşenkovun sözlərinə görə, Müdafiə Nazirliyi müvafiq videonu Suriya müxalifətindən əldə edib.
Çəkilişlərdə iriçaplı özüyeriyən artilleriya qurğularının sərhədyanı zastavada yerləşdirilməsi görünür, general-mayor qeyd edib. “Bax, bu faktdır”, - Konaşenkov deyib.