Rusiyanın Suriyaya humanitar yardım aparan tırları bombalaması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiyaya aid döyüş təyyarələri Suriya-Türkiyə sərhədi yaxınlığında, Suriyanın Aziz qəsəbəsində humanitar yardım aparan karvanı vurub.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.