Rusiyanın “Qazprom” şirkəti yaxın aylarda Ukraynaya 5 milyard kub metr təbii qaz nəql edəcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda Avropa Birliyinin enerji komissarı Günter Ettinger Berlində AB, Rusiya, və Ukrayna arasında aparılan qaz danışıqlarından sonra açıqlama verib.
Onun sözlərinə görə, gələn həftənin əvvəlində razılaşmalar təsdqilənəcək və protokol imzalanacaq.
Lakin bunun üçün rəsmi Moskvanın şərti var.
Belə ki, Ukrayna “Qazprom”a olan 3,5 milyard dollar borcunu ödəməli və hər min kub metr qaza görə 385 dollar məbləğində əvvəlcədən ödəniş etməlidir.
Rusiya mətbuatı yaazır ki, Ukrayna tərəfi bu ilin sonuna qədər Rusiyaya olan borcunun 2 milyardını qaytaracaq.