“Qazprom” çərşənbə axşamı yerli vaxtla saat 10:00-da iyul ayı üçün ödənişin daxil olmaması səbəbindən Rusiya qazının Ukraynaya tədarükünün dayandırıb.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə qaz holdinqinin rəhbəri Aleksey Miller bildirib.
““Qazprom” Ukraynaya ödəmə olmadan qaz tədarük etməyəcək”, - Miller deyib.
İyunun 30-da “Naftoqaz Ukraina” “Qazprom”dan qaz alınmasını dayandırdığını bildirib. Ukrayna şirkətində qərarın səbəbi kimi tədarük şərtlərinin üç günlük Vyana danışıqlarında razılaşdırılmasını göstəriblər.
Rusiya Federasiyası hökuməti Ukraynaya min kubmetr üçün 40 dollar endirim etməyə razılaşıb, beləliklə də, qiymət ikinci rübün səviyyəsində - min kubmetr üçün 247,17 dollar kimi qalıb. Rusiyanın energetika naziri Aleksandr Novak “Naftoqaz”a 40 dollardan çox endirim etməyin labüd olmadığın bildirib.
Amma bu rəqəmlər Ukrayna tərəfini qane etməyib.