Rusiya hökuməti Ermənistan ilə Qafqaz regionunda Hava Hücumundan Müdafiə Sisteminin birləşmələrinin yaradılmasına dair razılığı təsdiqləyib.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə RF-nin Nazirlər Kabinetinin rəsmi saytında məlumat yayılıb.
“Rusiya Federasiyasının cari məsələ üzrə qərar layihəsi qəbul edilsin”, - hökumətin qərarında deyilir.
Sənəd imza üçün Rusiya prezidentinə təqdim edilib.