Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib.
Liderlər öncə Kremlin birinci binasının nümayəndəliyində təkbətək görüşüb, daha sonra işgüzar nahar ediblər.
Mətbuat konfransı Kremlin birinci binasının Yekaterina zalında keçiriləcək.
23:13
Rusiya və Fransa prezidentlərinin Kremldəki görüşü üç saatdır ki, davam edir.
Dövlət başçıları danışıqları təkbətək söhbətlə başlayıblar, işgüzar naharla davam etdiriblər.
Görüşdən sonra mətbuat konfransının təşkili planlaşdırılıb.
23:13
Fransa prezidenti Emmanuel Makron Rusiyaya planlaşdırılandan gec uçub.
BFMTV telekanalının əməkdaşı Patrik Sos bildirib ki, dövlət başçısının təyyarəsi 30-45 dəqiqəlik bir gecikmə ilə havaya qalxıb.
Qeyd edək ki, Makron Rusiya paytaxtında prezident Vladimir Putinlə danışıqlar aparacaq.
Ertəsi gün isə o, Kiyevə yollanacaq.
Mənbə: “RİA Novosti”