Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiya və Türkiyə viza rejiminin sadələşdirilməsini müzakirə edəcəklər
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasında səyahət rejimlərinin sadələşdirilməsi perspektivləri ilə bağlı müzakirə etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytına məlumat yerləşdirilib.
Lavrov bildirib ki, iki ölkə vətəndaşlarının səyahət şərtlərinin sadələşdirilməsinin müzakirəsi planlaşdırlır:
“Türk vətəndaşlarının müəyyən kateqoriyalarına viza rejiminin liberallaşdırılmasına hazırlaşırıq.
Rusiya tərəfi eyni zamanda beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə iki ölkənin müvafiq qurumlarının qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılacağına ümid edir”.
"Sergey Lavrov" teqi üzrə xəbərlər
- Rusiya ABŞ-ni Yəməndə əməliyyatları dayandırmağa çağırdı
- Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı
- Lavrov: "Rusiya NATO hərbçilərinin Ukraynada olmasını qəbul etməyəcək"
- Elmar Məmmədyarov: "Adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəyəm"
- İrəvandan növbəti manipulyasiya: Erməni generaldan ETİRAF