Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov Türkiyənin F-16 qırıcısının Suriya ərazisində vurduğu və Rusiyaya məxsus Su-24 bombardmançısının pilotlarından birinin prezident Bəşər Əsədin ordusunda olduğunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Reuter məlumat yayıb.
Daha öncə noyabrın 25-də Livan telekanalı Aİ Mayadeen pilotun xilas edilməsi üçün iki saata yaxın əməliyyat apardıqları barədə Facebook-da məlumat yayıb.
Hal-hazırda o, Rusiya aviasiyasının yerləşdiyi Hmeyim bazasında təhlükəsiz yerdədir.