Rusiya iqtisadiyyatında çətinliklərin yaranmasında rəsmi Vaşinqtonun rolunun olması şübhə doğurmur.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.
“Biz dəfələrlə ABŞ administrasiyası nümayəndələrinin Rusiya maliyyə bazarını müzakirə etdiklərinin şahidi olmuşuq. ABŞ administrasiyasının maliyyə-iqtisadiyyat bölməsinin Rusiya iqtisadiyyatında çətinliklərin yaranmasında rolu olması şübhə doğurmur”, deyə S.Ryabkov bildirib.