"Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir".
Bu sözləri Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin belə deyib.
"Region xaricində olanlar Cənubi Qafqazda öz planlarını tətbiq etmək istəyirlər ki, bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Hesab edirik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək", - deyə M.Qaluzin bildirib.
O qeyd edib ki, həm Berlin, həm də Paris anti-Rusiya gündəmi ilə çıxış edirlər. Diplomatın fikrincə, bu, çətin ki, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə kömək etsin.
Mənbə: Ria Novosti