Moskva bir daha təsdiq edir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və reaksiyasız qalmayacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası XİN-in məlumatında bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, noyabrın 25-də Kopenhagendə Rusiya xarici işlər nazirinin I müavini Vladimir Titovun Danimarka xarici işlər naziri Kristian Yensenlə görüşü olub, habelə Danimarka XİN-in stats-katibi ilə məsləhətləşmələr aparılıb.
“Müzakirələr çərçivəsində Rusiya tərəfi Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyada Rusiyanın Su-24 təyyarəsini vurmasına qiymət verib.
Türkiyə tərəfinin addımının düşünülmüş və təxribat xarakterli olduğu, Türkiyə tərəfinin addımlarının ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcəyi və reaksiyasız qalmayacağı vurğulanıb” - Rusiya XİN-in məlumatında deyilir.