Ukraynanın Zaporojye bölgəsində Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində üç nəfər həlak olub, 15 nəfər yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə regional hərbi administrasiyanın rəhbəri İvan Fyodorov öz "Telegram" kanalında məlumat verib.
"Rusiya qoşunları Zaporojye rayonuna yeddi zərbə endirib. Şəxsi evlərə ziyan dəyib. İki nəfər həlak olub. Bir uşaq da daxil olmaqla, 15 nəfər yaralanıb", - Fyodorov yazıb.
"Təəssüf ki, Zaporojyedə düşmən hücumu nəticəsində daha bir nəfər həlak olub", - deyə regional hərbi administrasiyanın rəhbəri daha sonra bildirib və əlavə edib ki, yaralıların sayı dəyişməyib.