Rusiyanın Kazan şəhərindəki barıt zavodunda yanğın baş verib, hadisə yerində yanğınsöndürən ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin məlumatında deyilir.
Məlumata əsasən, yanğın zavodun hazır məhsullar sexində baş verib. Yanğın 400 kv/m ərazini əhatə edib.
Hazırda yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.
S.S.
www.oxu.az