Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada dəhşətli hadisə: Ata dörd uşağını öldürdü, intihara cəhd etdi
Rusiyanın Tver şəhərində dörd uşağın öldürülməsi ilə nəticələnən dəhşətli hadisənin bəzi detalları məlum olub.
Oxu.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, qətli uşaqların atası törədib.
Qətldən sonra o, intihara cəhd etsə də, sağ qalıb və xəstəxanaya yerləşdirilib.
İnsident vaxtı uşaqların anası fərdi evin ikinci mərtəbəsində yatılı olub. Səs-küyü eşidən ana birinci mərtəbəyə düşsə də, artıq uşaqların həyatda olmadığını görüb.
Qeyd olunur ki, hazırda hadisə yerində müstəntiqlər işləyirlər.
Rusiyanın Tver şəhərində bir evdən dörd uşağın meyiti aşkarlanıb.
Oxu.Az xəbər verir ki, məlumatı Tver şəhərinin İstintaq Komitəsinin Mətbuat Xidməti yayıb.
"İstintaq Komitəsinin müstəntiqləri və kriminoloqları Kalinin rayonunda azyaşlıların qətl edilməsi ilə əlaqədar hadisə yerinə yollanıblar. Hadisənin bütün səbəblərinin müəyyən edilməsi istiqamətində iş aparılır", - deyə İstintaq Komitəsinin "Telegram" kanalında qeyd olunub.
Rəylər