Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyada bir gecədə səviyyəsi 81 sm qalxan Ural çayında qayıq batdı: İnsanların xilas anı - FOTO/VİDEO
Rusiyanın daşqınların əsarətində olan Orenburq şəhərində Ural çayının səviyyəsi 81 sm artaraq 978-ə yüksəlib (930 sm səviyyəsi təhlükəli sayılır).
Ekspertlər vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.
Gecə saatlarında sel suları Orenburqda 300-dən çox evi basıb. Sakinlər xilasedicilər tərəfindən təhlükəsiz ərazilərə aparılıblar.
Su yüksəlməkdə davam edir, yaxın 24 saat ərzində hidroloqlar çayın səviyyəsinin daha 30-70 santimetr artacağını proqnozlaşdırırlar.
Sosial şəbəkələrdə təbii fəlakətin nəticələri ilə bağlı çoxlu görüntülər yayılıb. Kadrların birində batan qayıqdan insanların xilas anı əks olunub.
Mənbə: RİA Novosti
Rəylər