Rusiyada hökumət koronavirusa yoluxmanın qarşısını almaq məqsədilə mexaniki sayğacların yoxlanılmasına qadağa qoyub.
REN TV xəbər verir ki, bu barədə Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin saytında məlumat yerləşdirilib.
Göstərişə əsasən, zərurət olmadığı təqdirdə sayğacların 2021-ci ilə qədər yoxlanılması qadağandır.
Eyni zamanda, şirkətlər sayğacların göstəricilərinin qəbuluna davam edəcəklər, lakin cərimələr tətbiq olunmayacaq.