Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada daha bir nəfərdə Sibir yarası aşkarlandı
Rusiyanın Çuvaşiya Respublikasının daha bir sakinində Sibir yarası xəstəliyinin əlamətləri aşkarlanıb.
Bu barədə Regionun Səhiyyə Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, bundan əvvəl respublikanın Tsivilski dairəsinin Staroye Aktaşevo kəndində iki yoluxmuş şəxs aşkar edilib, orada karantin tətbiq olunub. Simptomlar birinci hadisənin təmasları üzərində aparılan yoxlamanın bir hissəsi kimi müəyyən edilib.
Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzindən bildirilib ki, qarayara epidemiyası təhlükəsi yoxdur:
“Bu xəstəlik insandan insana çox çətinliklə keçir. İnsanlar arasında qarayara epidemiyası olmur. Onlar adətən inəklərdən, xəstə heyvanlardan yoluxurlar”.
Mənbə: NEWS.ru
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Əli Əsədov bəzi qurumlarla bağlı qərar imzaladı
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
Rəylər