Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyada dövlət bayrağının asılması bütün təhsil müəssilərində məcburi oldu
Rusiya Prezidenti Vladimir Putin yeni tədris ilindən etibarən bütün təhsil müəssisələrinin binalarında və onların ərazilərində Rusiya Federasiyasının Dövlət bayrağının asılmasını məcburi edən qanunu imzalayıb.
Qanun Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.
Əvvəllər Rusiya Federasiyasında yalnız ümumi təhsil müəssisələri (məktəblər, gimnaziyalar və liseylər) öz ərazilərində Dövlət bayrağını asmaq məcburiyyətində idilər.
Qəbul edilmiş qanun bu tələbi mülkiyyət formasından asılı olmayaraq bütün təhsil təşkilatlarına şamil edir.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər