Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyada Ermənistan istehsalı olan mineral suyu içən kişi öldü
Ermənistan istehsalı olan “Cermuk” markalı mineral su Rusiyada bir kişinin ölümünə səbəb olub.
Məlumata görə, Vladikavkaz şəhərinin sakini fevralın 13-də mağazadan həmin sudan alıb içdikdən sonra qida borusu yanıb. Məlum olub ki, şüşənin içindəki sirkə imiş. Xəstəxanaya yerləşdirilən kişi bu gün dünyasını dəyişib.
Hadisədən sonra Rusiya Federasiyası İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) təhlükəsizlik yoxlamaları üçün Ermənistanın Cermuk şəhəri yaxınlığında yerləşən eyniadlı yataqdan alınmış mineral suyun müəyyən partiyalarının satışını dayandırıb.
Mənbə: TASS
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib
- KTMT-dən çıxdığı halda Ermənistanı hansı aqibət gözləyir?
- Rusiya və İran strateji tərəfdaşlıq sazişi imzalayıblar
- Pezeşkianın Tacikistan və Rusiya səfərləri: İranın siyasi aktivliyinin nümayişi
- Rusiya Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Rəylər