Samarada polis küçədə sekslə məşğul olma faktını araşdıracaq.
Oxu.Az lifenews-a istinadən xəbər verir ki, gənc cütlük turistik cəhətdən populyar olan küçələrin birində gənclər heç kəsə məhəl qoymadan sekslə məşğul olublar.
Samara polisləri ictimai yerdə sekslə məşğul olma faktını araşdırırlar.
Cinsi əlaqə və ya onun imitasiyasını hadisənin baş verdiyi ərazidə yerləşən binada işləyən şahid çəkib.
“Gənc cütlük sekslə fəvvarədə məşğul olub. Səhər saat 11 idi, ətrafda yetərincə adam var idi, amma deyəsən bu, gəncləri heç də utandırmırdı. Onların yanından keçən insanlar üzlərini çevirirdilər. Bütün bu baş verənlər 15 dəqiqə çəkdi. Əlbəttə ki, buna baxmaq gülməli idi” - Aleksandr Uskov danışıb.
Onun sözlərinə görə, gənc qız və oğlan sakitcə geyinərək çıxıb getdilər. Amma aşiq-məşuqənin videoçarxı hüquq mühafizə orqanlarının əməkdaşlarını maraqlandırdı.
Bu fakt üzrə polisdə araşdırma aparırlar. LifeNews xəbər verirb ki, Samara vilayəti üzrə DİN Dİ mətbuat xidmətinin rəhbəri Sergey Qoldşteyn bildirib ki, rəylər yalnız bu araşdırmanın nəticəsi əldə edildikdən sonra bildiriləcək. Polislər gənclərin şəxsiyyətini müəyyənləşdirməlidir.