Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyada göyərtəsində idmançıların olduğu təyyarə uçuş-enmə zolağından çıxıb - FOTO/VİDEO
Rusiyada göyərtəsində 87 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından çıxıb.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Nəqliyyat Prokurorluğu SSRİ-nin Əməkdar məşqçisi Tatyana Tarasova və digər fiqurlu konkisürənlərin olduğu Moskvadan Saransk şəhərinə uçan təyyarənin hava limanında uğursuz enişinin səbəblərini araşdırır.
“İlkin məlumatlara görə, fevralın 5-də axşam saatlarında Moskvadan Saranska uçan sərnişin təyyarəsi aerodromda sükanı döndərərkən, uçuş-enmə zolağından çıxıb”, - Volqa Nəqliyyat Prokurorluğunun “Telegram” kanalında bildirilib.
Nəzarət orqanının məlumatına görə, Şeremetyevo-Saransk marşrutu üzrə 6165 saylı reysi həyata keçirən təyyarənin göyərtəsində 87 sərnişin və ekipaj üzvü olub və onlardan heç biri xəsarət almayıb.
Sərnişinlər təyyarəni tərk etdikdən sonra onları hava limanının binasına aparıblar və orada səyyar qəbul zonası yaradılıb.
Daha əvvəl bildirilmişdi ki, təyyarədə SSRİ-nin Əməkdar məşqçisi Tatyana Tarasova, cüt konkisürmə üzrə dünya və Avropa çempionu Aleksey Tixonov, məşqçilər İqor Lyutikov, Svetlana Sokolovskaya, Pavel Slyusarenko və şərhçi Aleksandr Qrişin olub. Onlar fevralın 6-dan 9-dək baş tutacaq yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Rusiya çempionatı üçün Saranska gedirdilər.
Mənbə: aif.ru
Rəylər