Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər.
Bildirilir ki, ilk olaraq imtahana şifahi nitqin qiymətləndirilməsinin daxil edilməsi imkanı nəzərdən keçirilir. Hazırda imtahanın şifahi hissəsi yalnız iş icazəsi və ya patent almaq üçün nəzərdə tutulub.
Həmçinin, bal sisteminə yenidən baxmaq təklif edilib. Belə ki, miqrantlar üçün rus dili üzrə keçid balının 50-dən 80 bala (100 baldan) qaldırılması təklif edilir.
Bundan əvvəl Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilərin ancaq barmaq izləri ilə SİM-kart ala biləcəkləri barədə xəbər vermişdik.
Mənbə: RBK
Mövzuya aid xəbərlər
- Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər
- Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır
- Rusiyada əmək müqaviləsi ilə işləyən miqrantlar üçün qaydalar sərtləşdirilir
- Rusiyada yaşayan miqrantlara əsgərlik “sürprizi” hazırlanır
- Rusiyaya gedən azərbaycanlıların nəzərinə: Sənəd imzalayaraq öhdəlik götürəcəklər