Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı
Rusiyanın Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün yanvarın 2-də Moskva vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə 01:00 - red.) Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq aviareysləri qəbul etmir və yola salmır", - məlumatda bildirilir.
Bundan başqa, Rusiyada Saratov, Penza və Saransk hava limanlarında da məhdudiyyətlər tətbiq edilib.
"Rusiya" teqi üzrə xəbərlər
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib
- Rusiya "Telegram"ı cərimələdi: Mesencer hansı paylaşımları silməkdən imtina edib?
- Qazaxıstanın Rusiya ilə sərhədində zəncirvari qəza: 95 avtomobil toqquşdu, xəsarət alanlar var
- Rusiyanın BMT-dəki daimi nümayəndəsi: "Suriya siqnallar göndərir"
- Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar
Rəylər