Moskvada kişi 43 yaşlı kürəkəninin oğurlanmasını və qətlini sifariş verib.
Bu barədə “Moskovskiy komsomolets” xəbər yayıb.
Nəşrin məlumatına görə, dörd nəfər naməlum şəxs kişini evinin yanında tutub döyüb, elektroşokerlə vurub, sonra isə avtomobilə basıb aparıblar.
Bundan sonra o, Krasnoqorsk şəhərinə aparılıb, orada da güllələnib.
İstintaqın məlumatına görə, qətlin sifarişçisi qayınata olub. Artıq o və sifarişin iki icraçısı saxlanılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır, istintaq davam edir.