Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyada kvest oyunu dəhşəti: Animator yeniyetmə qızlara xəsarət yetirdi
Rusiyanın Ufa şəhərində (Başqırdıstan Respublikası) ictimaiyyəti dəhşətə gətirən hadisə baş verib.
Oxu.Az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiyanın region üzrə İstintaq Komitəsi məlumat verib.
Məlumata görə, altı yeniyetmə qız qorxulu kvest oyunu zamanı şiddətə məruz qalıb. Oyunun animatorlarından biri qızlara qarşı elektroşokerdən istifadə edib və kobud fiziki güc tətbiq edib.
Bu əsassız hərəkətlər nəticəsində 12 yaşlı iki məktəbli qız xəsarət alıb, hətta onlardan birinə təcili tibbi yardım tələb olunub.
Hadisə "Kvest dəhşəti" adlı məşhur əyləncə tədbiri zamanı baş verib. Ancaq uşaqlar üçün maraqlı bir macəra kimi nəzərdə tutulan tədbir əsl kabusa çevrilib. Animator bütün hədləri aşaraq, hərəkətləri ilə uşaqların oyun haqqında təəssüratını korlamaqla yanaşı, həm də onların sağlamlıqlarını təhlükə altına atıb.
İstintaq Komitəsi artıq istehlakçılara göstərilən xidmətlərin təhlükəsizliyinin pozulması maddəsi ilə cinayət işi açıb. Hadisənin başvermə şəraiti araşdırılır.
"Rusiya" teqi üzrə xəbərlər
- Tailandda polis rusiyalı qadına atəş açdı
- Lavrov: "Moskva Bakı ilə İrəvan arasında normallaşma prosesinə kömək etməyə hazırdır"
- Rusiyada zavodun işçiləri səhvən milyonçu oldular
- Rusiyalı aktyordan avtomobilində tapılan doğranmış qadın cəsədi ilə bağlı AÇIQLAMA
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
Rəylər