İjevskdə məktəbdə atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.
Bildirilir ki, hadisə nəticəsində ümumilikdə 24 nəfər yaralanıb.
“Ölənlərdən 11-i uşaqlardır. Bundan başqa 22 uşaq və iki yetkin yaralanıb”, - deyə məlumatda bildirilir.
Rusiyada məktəbdə dəhşət: Ölən və yaralıların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO
Məlumata görə, atəş açan şəxs hələ də saxlanılmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.
Qeyd edək ki, bu, Rusiyada bu gün yaşanan ilk atışma hadisəsi deyil. Bundan əvvəl məlum olmuşdu ki, Ust-İlimskdə bir nəfər çağırış məntəqəsində hərbi komissara atəş açıb və onu ağır yaralayıb, həmçinin Uryupinskdə 35 yaşlı şəxs hərbi komissarlığın qarşısına park etdiyi avtomobilini yandırıb.
Mənbə: REN TV
Rəylər