Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
Rusiyada ən çox qəzaya düşən avtomobil modelləri açıqlanıb.
Oxu.Az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, 2015-ci ilin I rübündə Rusiyada yol-nəqliyyat hadisələri üzrə avtomobillərin reytinqinə "Hyundai Solaris" modeli başçılıq edib.
İlin əvvəlindən bu modelin iştirakı ilə 5 500-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlk üçlüyü müvafiq olaraq "Kia Rio" (5 000-dən çox) və "Lada Granta" (təxminən 5 000) tamamlayır.
Sonrakı yerləri isə "Volkswagen Polo" (3 500) və "Ford Focus" (2 100) tutur.
Reytinqə həmçinin "Toyota Camry", "Renault Logan", "Toyota Corolla", "Lada Largus" və "Škoda Octavia" modelləri də daxildir.