Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada müəlliməni açıq-saçıq fotolarına görə işdən qovdular – FOTO (16+)
Rusiyanın Tver vilayətinin Konakovo şəhərində yerli məktəblərin birində musiqi müəlliməsi işləyən müəllimələrdən birinin ətrafında baş qaldıran qalmaqal getdikcə böyüyür.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, qadın sosial şəbəkədə “Nyu” stildə çəkilmiş şəkillərini paylaşıb.
Onun şəxsi səhifəsində ümumi halda açıq-saçıq şəkillər yerləşdirilib. Şəkillər evində, eləcə də məktəbdə musiqi otağında çəkilib. Bundan başqa, şəkillərin birində o sinif otağında siqaret çəkərkən əks edilib, bu isə yalnız etik normaları deyil, eləcə də inzibati qaydaları da pozur.
Onun şəkillərini Facebook səhifəsinə girən şagirdləri tapıb. Bundan sonra qalmaqal sürətlə inkişaf edərək direktora belə çatıb. Məktəb rəhbərliyi kənarda qalmayıb. Pedaqoji şura əməkdaşının davranışını mənəviyyata zidd qiymətləndirib. Qısa bir zaman ərzində onu işdən azad ediblər.
Bununla yanaşı müəllimənin davranışını yalnız kolleqaları deyil, eləcə də şagirdləri və Konakovanın fəal internet istifadəçiləri də nalayiq hesab ediblər.
“**** ilə şəkil - bu sondur... Dayanın mən bu planetdən getmək istəyirəm! Bəlkə də o, uşaqları yoldan çıxarır!!!” – sosial şəbəkədə konakovalı gənc qız yazıb.
“Mən şərh yazmaqdan özümü saxlayacam!”, - başqa bir gənc ana yazıb.
Müəllimə işdən azad edilib, amma xoşagəlməz təəssürat həm uşaqlarda, həm də bu məktəbdə uşaqları tədris alan valideynlərdə qalıb. Müəllimənin qucağında şagirdlərdən birini oturtduğu şəkilə diqqət etmək lazımdır.