Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyada “nağıl kimi” 8 Mart təbriki: Arvadı ilə barışmaq üçün evinə ağ atla gəldi - VİDEO
Rusiyanın Kemerovo vilayətində arvadı ilə barışmaq üçün evinə ağ atda gələn şəxs həbs olunub.
33 yaşlı Sergey adlı kişi mübahisə etdiyi Yekaterinanı təəccübləndirmək qərarına gəlib.
O, fermadan at götürüb və gecə saat 3-də səhvlərinə görə arvadından üzr istəmək və onu qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmək üçün atla birlikdə beşinci mərtəbədəki mənzilinə qalxıb. At kiçik otaqda təxminən iki saat qalıb, sonra Sergey onu yenidən tövləyə qaytarıb.
Bununla bağlı görüntüləri Yekaterina özü də paylaşıb və sürprizi yumorla qarşılayıb.
“Budur, qızlar, bizə 8 Mart gəlib çatdı. Evimizdə at var. Həyat yoldaşım məni təbrik etdi”, - deyə qadın paylaşımda bildirib.
Sergey xırda xuliqanlıq maddəsi ilə ittiham olunaraq bir sutkalıq həbs cəzası alıb. O, sadəcə çox sərxoş olduğunu bildirib.
Kirayədə qalan ailə hazırda yeni mənzil axtarmaq məcburiyyətində qalıb, çünki ev sahibi bu hərəkətə görə onlardan evi tərk etmələrini xahiş edib.
Mənbə: “SHOT” “Telegram”, AİF.ru
"Aİ" teqi üzrə xəbərlər
- Lavrov Rusiya və Ermənistan münasibətlərini mürəkkəb adlandırdı
- Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır"
- Yoxsulluq, çöküş - Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Rusiyadan Ermənistana xəbərdarlıq
Rəylər