Xabarovsk diyarının Verxnebureynsk rayonunda Azərbaycan vətəndaşının məhkəməsi olacaq.
“Ludidv” xəbər verir ki, adı açıqlanmayan soydaşımız narkotik maddələrin saxlanması ittihamı ilə məhkəməyə çıxarılıb.
Cinayət materiallarında göstərilib ki, o, bu ilin aprel ayında Çeqdomın vağzalında saxlanılıb.
Axtarışlar zamanı onun üzərində bir kiloqram miqdarında həşiş aşkarlanıb.