Rusiyanın Balaşixa şəhərində partlayış baş verən bina yenidən çöküb.
Qaz sızması nəticəsində baş verən partlayışdan sonra binada ikinci çökmə baş verib, xilasedicilər dağıntılar altında qalıblar. Onlardan ikisi ölüb, üçü isə xəstəxanaya yerləşdirilib.
Son məlumatlara görə partlayışda ümumilikdə altı nəfər ölüb.
Ən azı 10 mənzilə ziyan dəyib.
Binanın yenidən çökməsi ehtimalı var.

Mənbə: TASS