Rusiyada 2040-cı ilə qədər pilotsuz strateji bombardmançı təyyarələr yaradılacaq.
RİA “Novosti”nin məlumatına əsasən, bu barədə RF HKQ-nin Uzaq aviasiyasının komandanı general-leytenant Sergey Kobılaş bildirib.
O qeyd edib ki, hazırda aviasiya Tu-160, Tu-95MS, Tu-22MZ bombardmançılarının xidmət müddətini uzadaraq modernləşdirilməsi və uzaq aviasiyanın perspektivli aviasiya kompleksinin - beşinci nəsil səssiz strateji bombardmançının yaradılması ilə məşğuldur.
Yeni təyyarənin 2027-ci ilin sonuna qədər silahlanmaya ötürüləcəyi gözlənilir.
Rəylər