Rusiyanın Penza şəhərində bitum saxlama müəssisədə partlayış baş verib. İlkin məlumatlara görə iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Bu barədə regional Fövqəladə Hallar İdarəsindən bildirilib.
“Təəssüf ki, zərərçəkənlər var”, - deyə məlumatda vurğulanıb.
Sosial şəbəkələrdə hadisə yerindən partlayış anının görüntüləri yayılıb.
Mənbə: RİA Novosti