Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada rektor "Ana Vətən çağırır" abidəsində ekskursiya zamanı faciəli şəkildə ölüb
Rusiyanın Volqoqrad şəhərində "Ana Vətən çağırır" abidəsinə ekskursiya zamanı bir nəfər faciəli şəkildə ölüb.
Oxu.Az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, həyatını itirən şəxs Moskva Bədən Tərbiyəsi Akademiyasının rektoru Nikolay Çesnokovdur.
Bildirilir ki, 68 yaşlı Nikolay Çesnokov ekskursiya qrupunun tərkibində abidənin daxilində olub. Onun qəfildən halı pisləşib və rektor huşunu itirib. Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları rektorun öldüyünü müəyyən ediblər. İlkin məlumata görə, Nikolay Çesnokov infarktdan keçinib.
Xatırladaq ki, bu gün Rusiyanın Volqoqrad şəhərində "Ana Vətən çağırır" abidəsinin baş hissəsinin daxilində kişi meyiti aşkarlandığı haqqında məlumat yayılıb. Ölümün ilkin ehtimalı kimi, kişinin yıxılaraq həyatını itirdiyi bildirilirdi.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Putin İranın nüvə proqramı barəsində: "Moskva dəstək göstərməyə hazırdır"
- Smolenskdə həlak olan azərbaycanlı əsgərin şəxsiyyətini qaşıq əsasında müəyyən etdilər
- Korotçenko sirləri açdı: Rusiyanın HHM sistemlərindən imtina edən İranı nə gözləyir?
- Boris Titov: "Sentyabrın əvvəlində rusiyalı investorlar Azərbaycana gələcəklər"
- Rusiya hökuməti Baltik dənizində sərhədlərini yenilədi