Məşhur rusiyalı teleaparıcı və prezidentliyə keçmiş namizəd Kseniya Sobçak İsrail vətəndaşlığını alıb.
Bu barədə “Haaretz” nəşri vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.
Qeyd olunur ki, Sobçakın özündən başqa, beş yaşlı oğlu Platon da vətəndaşlıq alıb.
Nəşrin məlumatına görə, vətəndaşlıq almağa əsas Kseniya Sobçakın ana tərəfdən babası Boris Moiseyeviç Narusovun yəhudi olması olub.
Sobçakın özü isə hələlik bu məlumatı şərh etməyib.
Mənbə: Gazeta.ru
Rəylər