Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyada şəhər meri həbs edildi
Rusiya İstintaq Komitəsi Komi vilayətinin İnta şəhəri merinin saxlandığını elan edib.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, Vladimir Kiselyov vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı açılan cinayət işində müttəhimə çevrilib.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2022-ci ildə mənzil-kommunal təsərrüfat idarəsinin rəisinə sifarişin konkret təşkilata verilməsi üçün yol təmiri müqavilələri üzrə hərrac sənədlərinin hazırlanmasını tapşırıb. Nəticədə 18 bələdiyyə müqaviləsi bağlanıb. Podratçıya avans köçürülsə də, iş heç vaxt tamamlanmayıb.
Bildirilir ki, qurum birtərəfli qaydada müqavilələri yerinə yetirməkdən imtina edib, lakin avansı geri qaytarmayıb.
Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq Komitəsindən bildirilib ki, hazırda istintaq sübutların toplanması prosesini davam etdirir.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiyada zəlzələ oldu, vulkan püskürməyə başladı
- Ukrayna ABŞ telekanalındakı biabırçı səhvə görə üzr tələb edir
- Rusiyada inanılmaz hadisə: Maşının təkəri çıxdıqdan sonra yenidən yerinə qayıtdı
- Gümrünün meri Ermənistanın Rusiya ilə ittifaq dövlətinə daxil olmasını istəyir
- Rusiya ordusu Kurskda yaşayış məntəqəsini geri qaytarıb