Voloqda vilayətinin Kipelovo kəndində mənzildə güllə yarası almış bir kişi və iki qadının meyiti tapılıb.
Müstəntiqlər hesab edir ki, yerli sakin qadınları güllələyib və intihar edib.
Bu barədə yanvarın 9-da Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Ölənlər 66 yaşlı kişi, onun birlikdə yaşadığı 55 yaşlı qadın və sonuncunun 34 yaşlı qızıdır.
Müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsilə (iki və ya daha çox şəxsin öldürülməsi) cinayət işi açıblar. Cinayət işinin istintaqının gedişi Rusiya İstintaq Komitəsinin regional aparatında nəzarətə götürülüb.
Mənbə: mk.ru