Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən doqquzunun cəsədi tapılıb.
Bu barədə TASS təcili yardım xidmətinə istinadən məlumat verib.
Bildirilib ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün genetik müayinəyə ehtiyac olacaq.
Hazırda axtarış işləri davam edir.
O da vurğulanıb ki, xilasedicilər və könüllülər cəsədləri dənizdə qabarma başlayana kimi axtaracaqlar.
Xatırladaq ki, iyulun 6-da Rusiyada An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin qalıqları Palan qəsəbəsi ərazisində tapılıb. Təyyarədəki 22 sərnişin və altı heyət üzvü arasında sağ qalan olmadığı bildirilir. Faciə ilə əlaqədar Kamçatkada üç günlük matəm elan edilib.