Rusiyanın Moskva vilayətində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə üç nəfər ölüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində pilot və iki sərnişin ölüb.
İlkin məlumata görə, təyyarə gəzinti uçuşu həyata keçirirmiş.
Qəzanın səbəbləri araşdırılır.
A.M.