Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada uşağı zorladığına görə məhkum olunan həkim azadlığa çıxaraq yenidən eyni cinayəti törədib - FOTO
Xəstəxanada uşaq zorakılığına görə məhkum olunmuş Yakutiyadan olan həkim azadlığa buraxılıb.
O, işə qayıdaraq yenidən eyni cinayəti törədib. Bu dəfə onun qurbanı doqquz yaşlı qız olub.
41 yaşlı Vasili Sofronov Srednekolımsk şəhərinin baş xəstəxanasında müalicə işləri üzrə baş həkimin müavini vəzifəsini icra edir. Mayın 21-də kişi qəyyum nənəsi ilə yaşayan doqquz yaşlı qızın yanına həkim baxışına gəlib. Sofronov bildirib ki, qızı müayinə üçün aparmaq lazımdı və uşağı maşına mindirərək çıxıb gedib. Yalnız o, xəstəxanaya yox, öz evinə yollanıb. Orada Sofronov azyaşlını zorlayıb və bu barədə heç kimə deməməsi üçün onu hədələyib.
Lakin həkimin hərəkətləri tezliklə üzə çıxıb. O, saxlanılaraq barəsində cinayət işi açılıb.
Qeyd edək ki, bir neçə il əvvəl həkim eyni cinayətə görə məhkum edilib. O, zaman Vasili qızı xəstəxanada zorlamışdı. Sofronova qarşı cinayət işi açılıb, o, azadlıqdan məhrum edilib, lakin cəzasının bir qismini çəkdikdən sonra azadlığa buraxılaraq yenidən həkim işləməyə başlayıb. Keçmiş məhbus 2027-ci ilə qədər inzibati nəzarətə götürülüb, amma göründüyü kimi, bu tədbir işə yaramayıb. İndi həkimi 15 ildən 20 ilə qədər həbs gözləyir.
Mənbə: Baza
Rəylər