Rusiya Liberal Demokrat Partiyasını təmsil edən deputatlar Yan Zelinski və Yelena Afanasyeva Dövlət Dumasına xaricilərə və Rusiya vətəndaşlarına iş vaxtı iş yerində rus dilindən başqa dildə danışmağı qadağan edən qanun layihəsi təqdim ediblər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, deputatlar "Rusiya Federasiyasının dövlət dili haqqında" qanuna müvafiq düzəliş etməyi təklif edib.
Onların sözlərinə görə, Rusiyada müqavilə işləyən xaricilər rus dilini bilmirlər və iş vaxtı öz dillərində danışırlar ki, bu da yerli əhalini əsəbiləşdirir.
Hazırda sözügedən qanunda belə bir maddə yoxdur.