Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyada yanan klubun azərbaycanlı sahibi saxlanıldı
Kostromanın yanmış “Poliqon” klubunun sahibi İxtiyar Mirzəyev yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə saxlanılıb.
“Mirzəyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 219-cu maddəsinin 3-cü hissəsi (“Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma”) ilə başlanmış cinayət işi üzrə saxlanılıb. Hazırda istintaq hərəkətləri aparılır” , - deyə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, 2010-cu ildə Mirzəyev Rusiya Fövqəladə Hallar Nazirliyinə “Poliqon” klubunda yanğın təhlükəsizliyi bəyannaməsini təqdim edib.
Xatırladaq ki, Mirzoyev Kostroma Vilayət Dumasının deputatıdır.
Mənbə: TASS
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiya Bəşər Əsədi Suriyaya təslim edəcək?
- Dağıstanlı bloqer video çəkmək üçün polisi ələ saldı
- Rusiyada erməni bloqerə qarşı cinayət işinin açılması tələb olunub
- Uzaq Şərqi şiddətli qar fırtınası vurdu: Qırmızı təhlükə səviyyəsi elan edilib
- "Rossotrudniçestvo"nun əsl mahiyyəti - "Rus evlər"i casus şəbəkəsi rolunda
Rəylər