Rusiyanın Nijni Novqorod şəhərində yük avtomobili ilə iki avtobus toqquşub.
Toqquşma nəticəsində 24 nəfər xəsarət alıb.
21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır. Bir nəfər isə yerindəcə tibbi yardım göstərilib və o, evə yola salınıb.
Hazırda qəzanın baş verdiyi yerdə prokurorluq orqanın işçiləri tərəfindən araşdırma aparılır.
Mənbə: “RİA Novosti”