Rusiyanın Moskva vilayətində sürücü idarə etdiyi avtomobili yüksək sürətlə yük maşınına çırpıb.
Oxu.Az xəbər verir ki, qəzadan bir neçə dəqiqə əvvəl avtomobildə olan digər şəxs görüntüləri "Instagram" səhifəsində paylaşıb.
Qısa müddət sonra isə digər avtomobilin videoqeydiyyatçı baş vermiş dəhşətli qəzanın görüntülərini anbaan qeydə alıb.
Məlumatda, həmçinin qeyd olunur ki, sürücü tatarıstanlı sahibkar olub. O, sürət həddini aşdığına görə bir neçə dəfə cərimələnib. Sürücü və avtomobildə olan şəxs hadisə yerindəcə həyatını itirib.
Rəylər