Rusiyanın Dövlət Duması ölkəyə vizasız gəlmiş miqrantların Rusiyada qalmaq müddətinin məhdudlaşdırılması haqqında qanun layihəsini ilk oxunuşda və bütövlükdə qəbul edib.
Sənəd yekdilliklə qəbul olunub.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, söhbət Rusiyaya vizasız səfər edən xarici vətəndaşın yarım il (180 gün) ərzində bu ölkə ərazisində qalması müddətinin 90-dək məhdudlaşdırılmasından gedir.
“Vizasız gələn miqrantlar 180 günlük dövr ərzində Rusiyada 90 gündən artıq qala bilməzlər. Bu, sivil ölkələrin əksəriyyətində qəbul edilmiş normalara uyğundur” - İTAR-TASS təşəbbüsün müəllifi, konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbər müavini Rizvan Qurbanovdan sitat gətirir.
Təşəbbüs qanundakı boşluğu doldurmağa imkan verir. Belə ki, əvvəllər Rusiyada 3 ay qalan miqrantlar sonradan ölkə sərhədini tərk edir, sərhəddə pasportuna bu barədə qeyd qoyulduqdan sonra yenidən eyni müddətə geri qayıdırdılar.