Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyalı 21 il heç bir sənədi olmadan yaşayıb
Perm (Rusiya) şəhərinin sakini 21 il heç bir sənəd olmadan yaşayıb.
Oxu.Az vesti.ru-ya istinadən xəbər verir ki, problemin həllinə Perm diyarının insan hüquqları üzrə müvəkkili İqor Sapko qoşulub və vətəndaşa doğum şəhadətnaməsi almaqda kömək edib.
Gənc qadın müvəkkilin qəbuluna müraciət edərək, anasının ona heç vaxt doğum şəhadətnaməsi tərtib etdirmədiyini danışıb. Nəticədə qız nə uşaq bağçasına, nə də məktəbə gedə bilməyib.
Yetkinlik yaşına çatdıqdan sonra o, özü lazımi sənədləri tərtib etməyə çalışıb, amma məlum olub ki, bu yalnız məhkəmə qaydasında mümkündür. Müxtəlif instansiyalardan keçdikdən sonra qız müvəkkilə müraciət edib.
Bütün sənədləri tərtib etdikdən sonra qadın axşam məktəbində oxumaq, daha sonra isə kinoloq peşəsini öyrənmək niyyətindədir.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Tramp bu həftə Rusiyadan cavab gözləyir
- Rusiyadan Yaponiyaya qəti etiraz
- Rejissor Ruslan Şahmalıyev vəfat edib
- Rusiya sərhədlərin delimitasiyası üzrə təcrübəsini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdır
- Azərbaycana gətirilən məhsulların uyğunsuzluğu ilə bağlı 4 ölkəyə xəbərdarlıq məktubu ünvanlanıb