Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyalı artist Maksim Qalkinin qəsri əlindən alınacaq? - FOTO
Rusiyalı artist Maksim Qalkinin qəsri əlindən alınmayacaq.
Bu barədə Rusiya Federasiya Şurasının ordu barədə saxta məlumatlar və ölkənin təhlükəsizliyinə qarşı cinayətlərə görə əmlakın müsadirə edilməsi haqqında yeni qanunla bağlı açıqlamasından məlum olub. Bildirilir ki, yeni qanunda tam müsadirə nəzərdə tutulmayıb, bu barədə heç bir qeyd yoxdur.
Bu o deməkdir ki, Qalkinin Moskva əyalətinin Qryaz kəndindəki qəsrinin taleyi ilə bağlı narahat olmağa dəyməz. Əlbəttə, bir şərtlə ki, onu icarəyə verərək, alınan pulu Ukrayna Silahlı Qüvvələrinin, yaxud Rusiyada qadağan olunmuş hər hansı təşkilatın ehtiyaclarına xərcləməsin.
Həmçinin parodiyaçının Rusiya əleyhinə şüarlar səsləndirdiyi konsertlərdə tamaşalardan gələn qonorar müsadirə oluna bilər.
Mənbə: MK.ru
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna ABŞ ilə faydalı qazıntılar üzrə saziş imzalamağa razılıq verib
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar