“Vahid Rusiya” Partiyasının Həştərxan Vilayət Dumasından olan deputatı Denis Xaritonovun avtomobili müharibə zonasında partladılıb.
Hadisə zamanı deputat özü də maşında olub, lakin xəsarət almayıb.
İlkin məlumata görə, avtomobilin partlaması mayın 12-də baş verib. Xaritonovun sözlərinə görə, partlayış zamanı o, yaralı döyüş yoldaşının qohumlarının yanına gedirmiş və onlara döyüş yoldaşının əşyalarını aparırmış.
“Allaha şükürlər olsun ki, maşın dərhal alovlanmadı, mən ağır yaralı yoldaşımın ailəsinə apardığım sənədlərini və şəxsi əşyalarını xilas edə bildim... Uzun müddətdir ki, məni öz maşınımda partlatmırdılar”, - deyə Xaritonov bildirib.
Rusiyalı deputatın avtomobili müharibə zonasında partladılıb - FOTO/VİDEO
Mənbə: “Baza” “Telegram”
Rəylər