Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyalı ekspert: “ABŞ-Ermənistan təlimləri Paşinyanın çarəsizliyindən xəbər verir”
“ABŞ-Ermənistan hərbi təlimləri baş nazir Nikol Paşinyanın çarəsizliyindən xəbər verir”.
Bunu “Report”a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Qriqori Trofimçuk deyib.
Rusiyalı ekspert qeyd edib ki, Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər keçirməsi Vaşinqtonun Cənubi Qafqaza daxil olmağa başlamasından xəbər verir:
“Bu, ABŞ-nin Cənubi Qafqazda olması üçün ilk fürsət deyil, Gürcüstanı da unutmaq olmaz. Amma indiki mərhələdə Ermənistan daha aktual istiqamət kimi görünür. ABŞ regionda müharibəyə başlamayacaq, ancaq təhlükəsizlik boşluqlarından mütləq istifadə edəcək”.
“Əgər Ermənistan özünü “pis apararsa”, onu asanlıqla Gürcüstanla toqquşdura bilərlər. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməkdən ümidini artıq kəsib. Ona elə gəlir ki, bu tərəfdən onun itirəcəyi heç nə yoxdur və ABŞ ilə tərəfdaşlıqda ancaq qazana bilər”, - Q.Trofimçuk bildirib.
Xatırladaq ki, sentyabrın 11-dən 20-dək Ermənistanda ABŞ ilə “Eagle Partner 2023” birgə hərbi təlimləri keçirilir.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Ermənistan üzərində ABŞ-Rusiya "Şahmat oyunu"
- Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir
- Paşinyan Putinə İrəvanın Aİ ilə münasibətləri kontekstində son addımlarını izah edib
- Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
Rəylər