Gümrüdə rusiyalı hərbçilərin iştirakı ilə növbəti insident baş verib.
Oxu.Az bununla bağlı News.am portalına istinadla məlumat yayıb.
Bildirilib ki, iyulun 30-u, yerli vaxtla 00:50-də Gümrü tibb məntəqəsindən polis bölməsinə məlumat daxil olub. Məlumata əsasən, məntəqəyə gətirilən sərxoş şəxsə kəllə-beyin travması diaqnozu qoyulub.
Bir müddət sonra ikinci siqnal daxil olub. Polisdən bildirilib ki, xəsarət alanlar Rusiya vətəndaşları 34 yaşlı Denis Makiyev və 36 yaşlı Pavel Romanovdur. Həmin şəxslər yaxınlıqdakı yataqxananın həyətində dalaşıblar. Makiyev bir neçə dəfə 35 yaşlı Yeqor Kibalçiçə məxsus avtomobilin qapısına zərbə vurub.
Mənbənin sözlərinə görə, Makiyev və Romanov Rusiya Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, Kibalçiç isə Rusiyanın Gümrüdəki hərbi bazasında xidmət edir.